Xidmətlər
Arena Plaza istirahət və iş ehtiyaclarınıza cavab verən müxtəlif xidmətlər təqdim edir. Otelimizdəki müasir otaqlar, qonaqların rahatlığını təmin etmək üçün yüksək keyfiyyətli avadanlıqla təchiz olunub. İş mühiti üçün ideal ofis icarəmiz, startaplardan böyük şirkətlərə qədər hər kəsə uyğundur.
Ofis icarəsi
İşinizin tələblərinə uyğun ofis seçimləri
Startaplar, frilanslar və böyük şirkətlərin biznes ehtiyaclarını qarşılamaq üçün müasir texnologiya ilə təmin olunmuş ofislərimiz iş proseslərinizi daha effektiv həyata keçirməyə imkan verir. İcarə qiymətinə kommunal xidmətlər, mərkəzləşmiş isitmə-soyutma sistemi və 24 /7 mühafizə xidmətləri daxildir.


Mənzil I Otaq icarəsi
Müasir mənzil icarəsinin yeni ünvanı
Arena Plaza mənzilləri rahatlıq və müasirliyi bir araya gətirən geniş və işıqlı məkanlardır. Pulsuz kommunal xərclər, yüksək sürətli internet və gündəlik təmizlik xidməti ilə siz yalnız istirahətə fokuslanacaqsınız. Şəhərin mərkəzində yerləşən mənzillərimiz, iş yerlərinə, restoranlara və əyləncə mərkəzlərinə asan çıxış imkanı təqdim edir.
Otel Rezervasiyası
İdman və istirahətin mükəmməl birliyi
Avropa Yay Olimpiya Oyunları üçün inşa edilmiş Arena Plaza idmançıların və bütün turistlərin rahatlığı üçün geniş imkanlar təqdim edir. Otelimizdə hər bir müştəri üçün xüsusi olaraq dizayn edilmiş müasir və geniş otaqlarımız mövcuddur. 24/7 təhlükəsizlik xidmətimiz qonaqlarımızın rahatlığına və təhlükəsizliyinə tam zəmanət verir.

Niyə bizimlə iş birliyi?
Biz rahat şərait, tam avadanlıq və çevik şəraitlə ehtiyaclarınıza uyğunlaşdırılmış yüksək keyfiyyətli xidmətlər təqdim edirik. Sizin bizim xeyrimizə olan seçiminiz etibarlı və dəyərli əməkdaşlıqdır!
Müasir İnfrastruktur
Tam təchiz olunmuş ofislər və hər bir ehtiyaca uyğun şəraiti olan obyektlər.
Elverişli Yerləşmə
Kompleksimizin Koroğlu m/s-na yaxın yerləşməsi, onu rahat və əlçatan edir.
Uyğun İcarə Şərtləri
Müştərilərə qısa müddətli və uzun müddətli kirayə variantları təklif olunur.
24/7 Giriş və Mühafizə
Günün istənilən vaxtında binalara təhlükəsiz və rahat giriş təmin edilir.
Təmizlik Xidməti
Məkanların təmizliyi peşəkar komandamız tərəfindən təmin olunur.
Zəmanətli Rezervasiya
Rezervasiya və icarə zamanı maksimum təhlükəsizlik təmin olunur.
Xüsusi Təkliflər
Tələbələr və daimi müştərilər üçün hər zaman xüsusi təkliflər var.
Dəstək Xidməti
Zəruri hallarda müştərilərə operativ və mehriban dəstək göstərilir.
Parkinq İmkanı
Avtomobillər üçün geniş və təhlükəsiz parkinq yerləri mövcuddur.