Aktiv Vakansiyalar
Karyeranızı bizimlə qurmağa hazırsınız? Bütün aktiv vakansiyalarımızı bu səhifədə tapa bilərsiniz. Sizin bacarıqlarınıza uyğun işi seçin və komandamıza qoşulmaq üçün ilk addımı atın!
01 - Anbardar
“Azəridmanservis” MMC-ə “Anbardar” tələb olunur.
Tələblər:
- Bu sahə üzrə 1 il iş təcrübəsi;
- MS Office və 1C/8.3 proqramlarında işləmək bacarığı;
- İşində məsulliyyətli və dəqiqlik.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinin yerinə yetirilməsi;
- Anbar daxili əməliyyatların gündəlik uçotunun təşkil edilməsi;
- Mal və materialların inventar üzrə qeydiyyatının aparılması;
- İnventarlaşdırmanın aparılmasında iştirak etmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların təqdim edilməsi;
- Anbarın vaxtı-vaxtında təmizliyinə və çeşidlənməsinə nəzarət etmək;
- Anbarda əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasının və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsinə rəhbərlik və nəzarət etmək.
İş şəraiti:
- 5 günlük iş qrafiki 09:00-18:00, nahar fasiləsi 13:00-14:00.
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin ediləcəkdir.
- İş yeri: Koroğlu m/s yaxınlığı Heydər Əliyev pr. 115 C (Arena Plaza)
Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV formalarını “Anbardar” mövzusu altında [email protected] e-mail göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər 1 həftə ərzində iş müsahibəsinə dəvət olunacaqlar.
02 - Qeydiyyatçı
“Azəridmanservis” MMC-ə “Qeydiyyatçı” tələb olunur.
Tələblər:
- Cinsi: Kişi/ Qadın
- Yaş həddi 18 – 30 yaş;
- Rus və İngilis dillərində danışıq bacarığı
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Otel standartlarına uyğun olaraq qonaqların qarşılanması, onların otelə qəbul edilməsi, yerləşdirilməsi və oteldən yola salınması;
- Rezervasiyaların qəbul edilməsi;
- Növbə üzrə təhvil-təslim işlərini icra etmək;
- Gün ərzində yarana biləcək problemlərin aradan qaldırılmasını təmin etmək;
- Daxil olan zəngləri və sorğuları cavablandırmaq, ehtiyac duyulduğu halda digər şöbələr ilə əlaqələndirmək;
- Qonaqların şikayət və təkliflərinin nəzərə alınması və həll edilməsi.
İş şəraiti:
- Həftədə 5 gün növbəli cədvələ uyğun iş qrafiki, 2 gün istirahət.
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin ediləcəkdir.
- İş yeri: Koroğlu m/s yaxınlığı Heydər Əliyev pr. 115 C (Arena Plaza)
Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV formalarını “Qeydiyyatçı” mövzusu altında [email protected] e-mail göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər 1 həftə ərzində iş müsahibəsinə dəvət olunacaqlar.
03 - Təmizlik işləri üzrə nəzarətçi
“Azəridmanservis” MMC-ə “Təmizlik işləri üzrə nəzarətçi” tələb olunur.
Tələblər:
- İdarə etmə və təmizlik işinin təşkili sahəsində ən azı 2 il təcrübəyə malik olması;
- Komanda ilə işləmə bacarığı;
- İşçi qüvvəsini idarə etmə bacarığı;
- Ünsiyyət qurma bacarığı;
- Təmizliyə aid olan kimyəvi maddələr və avadanlıqlar haqqında biliklərə sahib olması;
- Səhər və axşam növbələrində işləmə bacarığı;
- Təşkilatçılıq, operativlik.
Vəzifə öhdəlikləri:
- Tabeçiliyində olan ərazilərin təmizlik işini təşkil etmək;
- Təmizlik işlərinin vaxtında və keyfiyyətli görülməsini təmin etmək;
- İş bölgüsünün təmizlik işçiləri arasında düzgün bölünməsini təşkil etmək;
- Təmizlik işinin gündəlik, həftəlik və aylıq qrafikinə uyğun aparılmasına nəzarət etmək;
- Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək;
- Şirkətə məxsus avadanlıq və maşınların düzgün istifadəsinə nəzarət etmək;
- İşçi personalının təhlükəsizliyini təmin etmək;
- Təmizlik işi gördüyü ərazinin rəhbərliyi ilə daimi olaraq əlaqəda olmaq;
- Təyin olunmuş toplantı, təlimlər və görüşlərdə iştirak etmək;
- Görülən işlər haqqında üst rəhbərinə gündəlik məlumatlar vermək.
İş şəraiti:
- 5 günlük iş qrafiki 09:00-18:00, nahar fasiləsi 13:00-14:00.
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin ediləcəkdir.
- İş yeri: Koroğlu m/s yaxınlığı Heydər Əliyev pr. 115 C (Arena Plaza)
Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV formalarını “Təmizlik işləri üzrə nəzarətçi” mövzusu altında [email protected] e-mail göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər 1 həftə ərzində iş müsahibəsinə dəvət olunacaqlar.