Aktiv Vakansiyalar

Karyeranızı bizimlə qurmağa hazırsınız? Bütün aktiv vakansiyalarımızı bu səhifədə tapa bilərsiniz. Sizin bacarıqlarınıza uyğun işi seçin və komandamıza qoşulmaq üçün ilk addımı atın!

01 - Anbardar

“Azəridmanservis” MMC-ə “Anbardar” tələb olunur.

Tələblər:

  • Bu sahə üzrə 1 il iş təcrübəsi;
  • MS Office və 1C/8.3 proqramlarında işləmək bacarığı;
  • İşində məsulliyyətli və dəqiqlik.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinin yerinə yetirilməsi;
  • Anbar daxili əməliyyatların gündəlik uçotunun təşkil edilməsi;
  • Mal və materialların inventar üzrə qeydiyyatının aparılması;
  • İnventarlaşdırmanın aparılmasında iştirak etmək;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların təqdim edilməsi;
  • Anbarın vaxtı-vaxtında təmizliyinə və çeşidlənməsinə nəzarət etmək;
  • Anbarda əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasının və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsinə rəhbərlik və nəzarət etmək.

İş şəraiti:

  • 5 günlük iş qrafiki 09:00-18:00, nahar fasiləsi 13:00-14:00.
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin ediləcəkdir.
  • İş yeri: Koroğlu m/s yaxınlığı Heydər Əliyev pr. 115 C (Arena Plaza)

Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV formalarını “Anbardar” mövzusu altında [email protected] e-mail göndərə bilərlər.

Qeyd: Yalnız uyğun namizədlər 1 həftə ərzində iş müsahibəsinə dəvət olunacaqlar.

MÜRACİƏT ET